11:33, 17 İyul 2019 (Çərşənbə) 109

Nazirlik Şəkidə baş verən hadisədə xəsarət alanların son durumunu açıqlayıb

Nazirlik Şəkidə baş verən hadisədə xəsarət alanların son durumunu açıqlayıb
Nazirlik iyulun 14-də Şəki Xan Sarayında baş verən hadisə zamanı xəsarət alanların  son durumunu açıqlayıb.

Bu barədə "Report.az xəbər verib.

Xəbərə görə, Nazirliyin Mətbuat xidmətindən bildirilib ki, Şəki Mərkəzi Rayon Xəstəxanasında müalicə alan Elxan Məmmədovun vəziyyəti hazırda orta-ağır sabit qiymətləndirilir.

"Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən İlkin Məmmədov ümumi şöbədə palataya köçürülüb və valideynlərinə onun yanında qalması üçün şərait yaradılıb, vəziyyəti isə orta-ağır sabitdir", - nazirlikdən bildirilib.