12:33, 01 Avqust 2019 (Cümə axşamı) 136

Nazirlik yığılan yardımın məbləğini açıqlayıb

Nazirlik yığılan yardımın məbləğini açıqlayıb
Müdafiə Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin miqdarını açıqlayıb.

Bu barədə Nazirlikdən məlumat verilib.

Verilən məlumata görə, bu il avqustun 1-dək 101 milyon 775 min 225 manat, 213 min 577 ABŞ dolları, 17 min 266 avro və 5 min rubl vəsait yığılıb.

Müdafiə Nazirliyinin bir ay öncə açıqladığı məlumatda isə Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin bundan 1 milyon manat az olduğu qeyd edilirdi.

Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentinin 2002-ci il avqustun 17-də imzaladığı fərmanla yaradılıb.