18:35, 14 Oktyabr 2019 (Bazar ertəsi) 925

N!DA-nın yeni İdarə Heyəti kimlərdir?

N!DA-nın yeni İdarə Heyəti kimlərdir?
Oktyabrın 13-ü N!DA Vətəndaş Hərəkatının növbəti qurultayı keçirilib və idarə heyətinin üzvləri seçilib. 

Bu barədə N!da Vətəndaş Hərəkatı feysbuk hesabında məlumat yayıb.

Məlumatına görə, qurultayda hərəkatın yeni İdarə Heyəti də formalaşıb. 

İdarə Heyətinə 5 nəfər: Elgiz Qəhrəman, İlkin Rüstəmzadə, Turqut Qəmbər, Ülvi Həsənli və Bayram Məmmədov seçilib. 

Hərəkata rəhbərliyi İdarə Heyəti həyata keçirir. İdarə Heyətinin üzvləri bir illiyə seçilir.

N!DA Vətəndaş Hərəkatı Azərbaycanda vətəndaş cəmiyyəti və demokratik-hüquqi dövlətin qurulması məqsədilə hüququn aliliyinin təmin edilməsi və sosial-iqtisadi dəyişikliklərin keçirilməsi ideyası ətrafında 2011-ci ildə yaradılmış hərəkatdır.

Hərəkat 7 nəfərdən ibarət İdarə Heyəti tərəfindən idarə olunur. İdarə Heyəti hər il hərəkatın daxilində keçirilən demokratik seçkilərlə qurulur. 

Yeni İdarə heyətinin üzvü Bayram Məmmədov Toplum.Tv-yə bildirib ki, İdarə heyəti üzvlərinin sayı 7- dən 5 endirilib. Üzvlərin sayının artması halı baş verərsə, bu, yenidən 7 -yə qaldırılacaq.
 


 
Zərifə Novruz