12:34, 03 Yanvar 2019 (Cümə axşamı) 651

Neft Fondunun büdcəsi təsdiqlənib

Neft Fondunun büdcəsi təsdiqlənib
Dövlət Neft Fondunun 2019-cu il büdcəsi təsdiqlənib. 

Gəlirlər 15 milyard 450 milyon 149,7 min manat, xərclər 11 milyard 595 milyon 238,4 min manat nəzərdə tutulur.

Xərc istiqamətləri belə müəyyən edilib: 2019-cu ilin dövlət büdcəsinə transfert – 11 milyard 364 milyon 300 min manat; məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı tədbirlərin maliyyələşdirilməsi – 200 milyon manat; Dövlət Neft Fondunun idarə edilməsi xərcləri – 30 milyon 938,4 min manat.

Prezident fərmanına əsasən, 2019-cu ildə Dövlət Neft Fondunun investisiya portfelinin məcmu dəyərinin 50 faizi ABŞ dollarında ifadə olunan aktivlərə; 35 faizi avroda ifadə olunan aktivlərə; 5 faizi İngiltərə funt sterlinqində ifadə olunan aktivlərə; 10 faizi digər valyutalarda ifadə olunan aktivlərə yerləşdirilə bilər.

Novator.az