11:11, 11 Mart 2019 (Bazar ertəsi) 527

Neft hasilatında artım olub

Neft hasilatında artım olub
2019-cu ilin fevralında Azərbaycanın gündəlik neft hasilatı 806 min barrel olub.

Məlumat Energetika Nazirliyinin hesabatında yer alıb.

Hesabata görə, gündəlik 572,9 min barrel xam neft, 84 min barrel kondensat, 18 min barrel neft məhsulları ixrac edilib.

Yanvarda gündəlik neft hasilatı 793 min barrel göstərilmişdi.

Azərbaycan nefti "AzəriLayt” yanvara 57,19, fevrala 63,69, marta 67,62 dollarla start verib.

2019-cu ilin dövlət büdcəsində neftin qiyməti 60 dollardan götürülüb.