12:46, 03 Dekabr 2018 (Bazar ertəsi) 461

Neftin qiyməti 5% artıb

Neftin qiyməti 5% artıb
ABŞ-la Çinin ticarət müharibəsində 90 günlük atəşkəs elan etməsi, Qətərin gələn ilin yanvar ayından OPEC üzvlüyünü tərk edəcəyi, OPEC-in bu həftəki görüşündə hasilatın azaldılması ilə bağlı qərar qəbul ediləcəyi xəbərlərinin ardından birjalarda neftin qiyməti sürətlə artmağa başlayıb.

Bakı vaxtı ilə saat 10:52-yə olan məluamat görə, "Brent" markalı Şimal dəniz neft qatışığının fevral fyuçerslərinin qiyməti 4,73% artaraq 62,27 dollar/barel olub.

WTI markalı yüngül neftin yanvar fyuçerslərinin qiyməti isə bir barelə görə 5,11% artaraq 53,53 dollar təşkil edib.