12:09, 14 Mart 2019 (Cümə axşamı) 282

Neftin qiyməti 68,5 dolları ötüb

Neftin qiyməti 68,5 dolları ötüb
Dünya birjalarında neft bahalaşıb. 

AZƏRTAC-ın 14 mart məlumatına görə, London birjasında brent markalı neftin bir barrelinin qiyməti 67,83 dollara, Nyu-York birjasında layt markalı neftin bir barreli 58,43 dollara qalxıb.

Azərbaycan nefti "AzəriLayt”ın bir barreli 68,59 dollara satılır.

2019-cu ilin dövlət büdcəsində neftin qiyməti 60 dollardan götürülüb. 

"AzəriLayt” yanvara 57,19, fevrala 63,69, marta 67,62 dollarla start verib.