15:21, 29 Noyabr 2018 (Cümə axşamı) 609

Neftin qiyməti ötən ildən bəri ən aşağı həddə düşüb

Neftin qiyməti ötən ildən bəri ən aşağı həddə düşüb
"Brent" markalı Şimal dəniz neft qatışığının yanvar fyuçerslərinin qiyməti 1,14% azalaraq 58,09 dollar/barelə düşüb.

"Report" xəbər verir ki, WTI markalı yüngül neftin yanvar fyuçerslərinin qiyməti isə bir barelə görə 1,03% azalaraq 49,77 dollar təşkil edib.

"Brent" neftinin bu qiyməti 2017-ci il oktyabr ayından bəri ən aşağı qiymətdir.