12:09, 27 Noyabr 2018 (Çərşənbə axşamı) 686

Neftin yeni qiymətləri

Neftin yeni qiymətləri
Azərbaycan nefti 1 dollar 88 sent bahalaşıb. 

AZƏRTAC-ın 27 noyabr məlumatına görə, "AzəriLayt” markalı neftin bir barreli 63,13 dollara satılıb.

London birjasında brent markalı neftin bir barreli 60,30 dollara, Nyu-York birjasında layt markalı neftin bir barreli 51,35 dollara təklif olunur.

"AzəriLayt” 2018-ci ilə 69,89 dollarla start verib. Fevralda ilk qiymət 70,33 dollar, martda 66,61 dollar, apreldə 69,86 dollar, mayda 75,95 dollar, iyunda 79,46 dollar, iyulda 79,23 dollar, avqustda 75,75 dollar, sentyabrda 79,73 dollar, oktyabrda 85,94 dollar, noyabrda 77,23 dollar olub.

Azərbaycanın 2018-ci il büdcəsində neftin qiyməti 55 dollardan götürülüb.

Energetika Nazirliyinin rəsmi hesabatına görə, bu ilin yanvar-oktyabr aylarında ölkədə 7 milyon 919,3 min barrel neft hasil edilib.

Yanvar-oktyabr aylarında ölkənin ixracının 80,9 faizi xam neft və xam neft məhsulları, 2,8 faizi neft məhsulları olub.