14:04, 24 Sentyabr 2019 (Çərşənbə axşamı) 501

Nərimanov rayonunda bəzi küçələrində hərəkət məhdudlaşdırılacaq

Nərimanov rayonunda bəzi küçələrində hərəkət məhdudlaşdırılacaq
Nərimanov rayonunda bir neçə küçədə hərəkət məhdudlaşdırılacaq.

Bu barədə APA İA xəbər verib.

Xəbərdə deyilir ki, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə axşam saatlarınadək Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində, həmçinin Bakı-Sumqayıt yolu, Xırdalan dairəsindən Vaz dairəsinə kimi, həmçinin gecə saatlarından səhərə qədər Nərimanov rayonu, Atatürk prospektində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Agentlik bu üzdən sürücülərdən sözügedən küçələrdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir.