Siyasət

Niderland polisi jurnalistin təhlükəsizliyi ilə bağlı tədbirlər görür

21 Fevral, 2020
396
Fevralın 19-da Niderland polisi yenidən Azərbaycandan olan mühacir Türkel Əlisoyun (Azərtürk) yaşadığı evə gələrək təhlükəsizliklə tədbirləri ilə bağlı məlumat verib.

Turan İnformasiya agentliyinin verdiyi məlumata görə, "Bu dəfə polis daha iki nəfər prokurorluq əməkdaşları ilə birlikdə gəlmişdi. Bir saatdan artıq söhbət etdik. Prokurorluq əməkdaşları məsələnin Niderland Krallığının Baş Prokurorunun göstərişi əsasında araşdırıldığını, bu iddianın ciddiliyinə inanmaq üçün əllərində bəzi əsaslar olduğunu bildirdilər. Əməkdaşlar bağçaya gedən azyaşlı övladlarımın artıq xüsusi nəzarətə götürüldüyünü, şəxsimlə bağlı başqa təhlükəsizlik tədbirlərinin də görülməsində mənə və ailəmə yaxından kömək edəcəklərini söz verdilər” , jurnalist feysbuk səhifəsində yazıb.

Türkel Əlisoy 2015-ci ildə Azərbaycandan mühacirətə gedib. O xaricdə fəaliyyət göstərən "Azərbaycan saatı" internet televiziya proqramının aparıcısıdır. Əlisoy Azərbaycan hökumətini və hökumət üzvlərini kəskin tənqidi verilişləri ilə tanınır.

Bundan öncə  fevralın 12-də Hollandiyanın polis əməkdaşları jurnalsitin evinə gələrək onu təhlükə ilə bağlı xəbərdar ediblər.

Polis əməkdaşları bildiriblər ki, onlarda Əlisoya və daha 9 nəfərin həyatına qəsd hazırlanması ilə bağlı etibarlı mənbədən (Azərbaycandan) alınmış məlumatlar var.

Polis aşağıda adları qeyd edilən adamların maksimum ehtiyatlı davranmalarını tövsiyyə edib: Qənimət Zayidov (Zahid), Emin Əhmədbəyov, Türkel Əlisoy (Azərtürk), Leyla Yunus, Arif Yunusov, Sevinc Mirzəyeva (Osmanqızı), Arif Məmmədov, Orduxan Temirxan, Qabil Məmmədov, Vidadi İsgəndərli.

Əlisoy yazıb ki, polis fevralın 19-da ondan konkret şübhələndiyi adamların olub-olmamasını, Avropada kimlərlə yaxın ünsiyyətimin olduğunu, onlara nə qədər etibar etdiyini, fəaliyyətini dayandırmaq haqqında düşünüb düşünmədiyi kimi məsələlər haqda soruşub.

"Avropada çox az və maksimum etibar etdiyim adamlarla görüşdüyümü, problemimin yalnız Azərbaycan hakimiyyəti ilə bağlı olduğunu, fəaliyyətimi heç bir halda dayandırmayacağımı bildirdim. Həmçinin polisə, Çeçenstandan olan bir fəalın elə lap bu yaxınlarda Belçikada öldürüldüyünü, Nederlandda iranlı bir fəalın da eyni səbəbdən oğurlandığını, həmçinin Kaşıkçı olayını da xatırlatdım,” o qeyd edib.

Rəsmi Bakı jurnalistin yazdıqlarına hələ şərh verməyib. 

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo