21:52, 08 Oktyabr 2018 (Bazar ertəsi) 310

Niderland səfiri Rusiya XİN-ə çağırıldı

Niderland səfiri Rusiya XİN-ə çağırıldı


/ DÜNYA
Niderlandın Rusiyadakı səfiri Rene Cons-Bos Xarici İşlər Nazirliyinə çağırılıb.

Trend-in məlumatına görə, səfir Niderlandın Rusiyanı kiberhücumlarda ittiham etməsi ilə bağlı izahat verib.
 
Bir neçə gün əvvəl Niderland Müdafiə Nazirliyi Kimyəvi Silahların Ləğvi üzrə Təşkilata haker hücumu ilə bağlı Rusiyanı ittiham etmişdi.

Həmin hücumun dörd Rusiya vətəndaşı tərəfindən həyata keçirildiyi bildirilmişdi.

Rəsmi Moskva bu ittihamları inkar edib.