11:50, 04 Yanvar 2019 (Cümə) 335

Nigeriyada təyyarə qəzası - ölənlər var

Nigeriyada təyyarə qəzası - ölənlər var


/ DÜNYA
Nigeriyada hərbi təyyarənin düşməsi nəticəsində 5 nəfərin öldüyü bildirilir.

 "Anadolu” agentliyinin verdiyi məlumata görə hadisə Nigeriyanın  şimal-şərqində terror qruplaşması olan "Boko-Haram”a qarşı əməliyyatlar zamanı baş verib.

Nigeriya hava qüvvələrinin mətbuat  xidmətinin sözçüsü general –mayor İbikunle Daramola deyib ki, "Mi-35” tipli hərbi təyyarə Borna vilayətinin Damasaq bölgəsində "Boko- Haram”a qarşı əməliyyatlar zamanı vurulub.

Hərbi təyyarədə 2-si pilot olmaqla 5 nəfər varmış. 
Təyyarənin "Boko-Haram” tərəfindən vurulması ehtimalı üzərində dayanılır.

Təşkilatdan hələ ki, olaya reaksiya verilməyib. 2000-ci ildən Nigeriyada fəaliyyət  göstərən "Boko-Haram”ın təşkil etdiyi terror aktlarında son on ildə 20 mindən çox adamın öldüyü bildirilir.

Əbülfət Baxşəliyev
Toplum Tv