15:24, 21 May 2019 (Çərşənbə axşamı) 31

Nikolas Maduronun rəhbərlik edəcəyi nümayəndə heyəti Azərbaycana gələcək

Nikolas Maduronun rəhbərlik edəcəyi nümayəndə heyəti Azərbaycana gələcək
Prezident Nikolas Maduronun rəhbərlik edəcəyi Venesuelanın nümayəndə heyəti oktyabr ayında Azərbaycana səfər edəcək.

Bu barədə məlumatı Venesuelanın Azərbaycandakı səfiri Kristofer Berroteran mətbuat konfransında bildirib.

Səfir Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun iyul ayında Venesuelada keçiriləcək Qoşulmama Hərəkatının Xarici İşlər Nazirləri Şurasının iclasına dəvət olunduğunu da qeyd edib.

"Bu tədbir oktyabr ayında Bakıda keçiriləcək Qoşulmama Hərəkatının XVIII sammitinə hazırlıq məsələlərinə həsr olunub" - səfir söyləyib.