Sosial

"Normal bir komitə niyə sorğu aparsın ki, qadını döymək olar, ya yox?"

25 Noyabr, 2019
915
"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin apardığı sorğu, sadəcə, gülüncdür”.

Bunu Toplum.Tv-yə gender aktivisti Rəbiyyə Məmmədova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın açıqlamasını şərh edərkən deyib. 

Komitə sədri "Qadınlara və qızlara qarşı zorakılığa son" kampaniyasına həsr olunan "dəyirmi masa"da bildirib ki, sorğular zamanı qadınların 20,9 faizi şiddətə meyilli olub: "Apardığımız təhlillər zamanı kişilərin 41 faizi, qadınların 34,7 faizi bildirib ki, qadın öz ailəsini qoruyub saxlamaq üçün zorakılığa dözməlidir. Həmçinin qadınların 20,9 faizi, kişilərin 37,4 faizi isə qeyd edib ki, bəzi zamanlar qadın döyülməyə layiqdir".

Rəbiyyə Məmmədova hesab edir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin belə sorğular aparması doğru deyil: "Hicran Hüseynova anlamır ki, Statistika Komitəsinin yox, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəridir. Əgər qadınlar belə düşünürlərsə, demək, Hicran xanım da anlamır ki, onun işi qadınlar arasında maarifləndirmə aparmaqdır, statistika yox. Normal bir komitə niyə gedib sorğu aparsın ki, qadını döymək olar, ya yox? Sivil ölkələrdə bu, təhqir sayılır. Lap tutaq ki, deyiblər. Bəs komitə rəhbəri başa düşmür ki, qadınların belə cavab verməsinin bilavasitə günahkarı onun özüdür. Bu sorğu apardığı maarifləndirmə və təbliğatın nəticəsidir. Açığı mən 20 oktyabra - "Qadına şiddətə son" aksiyasına qədər Hicran Hüseynovanın adını belə eşitməmişdim. 20 oktyabr aksiyasının ən böyük uğurlarından biri  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dirilməsi oldu". 

"Bu ölkədə nə qədər şiddət qurbanı varsa, hamısının qanında Hicran Hüseynova kimilərinin əli var. Çünki onun vicdanı məsuliyyət daşıyır. Stol arxasında oturub etdikləri söhbətə bax. Problemləri həll etmək, maarifləndirmə aparmaqdansa, 3 nəfər arasında keçirdikləri sorğudan danışır. Hicran Hüseynova əgər bu problemlərin həllində özünü göstərməyə çalışdığı kimi səmimidirsə, İstanbul Konvensiyasının ratifikasiya olunmasına çalışmalıdır. Bu sahədə işlər görməlidir. Bu problemin həlli ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Nazirlər Kabinetinə yazılı müraciət göndərdi. Yaxşı bəs sonra? Hicran Hüseynova, həqiqətən, qadın, ailə problemlərinin həllini istəyirsə, qanunun Milli Məclisdə qəbul olunmasına çalışmalıdır”, - deyə Rəbiyyə Məmmədova deyib. 

Gender aktivisti ötən gün ölkədə baş vermiş qətl hadisəsinə də toxunub: "Dünəndə bir qadının başı kəsildi. Bütün telekanallar dünəndən bunu göstərir, ancaq Hicran Hüseynova bununla bağlı heç bir iş görmür. Gördüyü iş 5-6 nəfəri yığıb onlar arasında sorğu keçirməkdir. İndi də gəlib deyir ki, qadınlar özləri döyülməyin tərəfdarıdır. Görün nə qədər gülüş doğuran hadisədir?”

"Hicran Hüseynova bu sorğunu aparmaqdansa, gedib dövlət qarşısında vəsatət qaldırmalı idi ki, sığınacağımız yoxdur, sığınacaq açaq. Ailədaxili şiddət görən qadınların əksəriyyəti sığınmağa yer tapmır, nəticədə illərlə davamlı şiddətə məruz qalırlar. Bu boş sorğunu keçirməkdənsə, Hicran Hüseynova qadınların iqtisadi azadlığı üçün çalışmalı idi. Ona görə də Hicran Hüseynovanın apardığı sorğu sadəcə çox gülüncdür”.

Şəmsiyyə İbişova

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo