Dünya

Nümayəndələr Palatası impiçment prosesində növbəti addım atır

14 Dekabr, 2019
452
Komitənin sədri Cerold Nadler tərəfindən açıqlanan ittihamın əsasında Trampın 391 milyonluq hərbi yardımı saxlayıb, Kiyev rəsmilərinin ABŞ-ın keçmiş vitse-prezidenti və Trampın 2020-ci il prezident seçkilərində əsas rəqiblərindən biri olan Co Baydenlə bağlı təhqiqat aparmasına çalışaraq, Ukraynaya təzyiq göstərməsi durur.

AmerikanınSəsi bu barədə məlumat yayıb.
 
Ədliyyə komitəsinin sədri Cerold Nadler: "Prezident xarici hökumətdən onun yerli siyasi rəqiblərini təhqiq etməyi tələb edərkən bizim seçkilərimizi pozur. Dövlətin baniləri üçün bu kimi pozuntu xüsusilə zərərli idi. Azad və ədalətli seçkilər bizim demokratiyamızın təməl daşıdır. Əgər seçkilərimiz pozulursa, hər şey pozulur.”

Komitədə nüfuzlu respublikaçı konqresmen Daq Kollinz deyib ki, demokratlar Tramp vəzifəyə gələndən onu impiç etmək istəyir və işlə bağlı faktlar onların təqdim etdiyi dəlillərlə uyğun deyil.

Komitə üzvləri arsaında diskussiyalar partiya mənsubiyyətinə uyğun bölünmə şəraitində keçib.

Demokrat qanunverici Val Deminqs: "Mən bilirəm ki, heç kəs qanundan üstün deyil. Amma ittiham edilən şəxs istər sizin evə girən adam, ya da prezident olsun, dəlili ortadan götürə, şahidləri ifadə veməkdən çəkindirə və təhqiqatla əməkdaşlıqdan imtina edə bilirsə, qanunun heç bir mənası yoxdur. Mən sizdən ailənizdə, ya da icmanızda bunu edə biləcək bir nəfəri göstərmənizi istəyirəm.”

Respublikaçı konqresmen Cim Cordan: "Bu, Ukrayna ilə bağlı məsələ deyil. Faktlar prezidentin tərəfindədir, Zelenski deyib ki, ona təzyiq olmayıb, ukraynalıların heç yardımın zəng olan vaxt saxlandığı haqda məlumatı olmayıb və ən mühümü, onlar yardımın verildiyi haqda heç bir şey bilməyib. Bu, sadəcə bir əsas faktla bağlıdır. Demokratlar heç vaxt Amerika xalqının istəyini qəbul etməyiblər.”

Komitə maddələri təsdiq etdikdən sonra Demokratların nəzarətində olan Nümayəndələr Palatasının gələn həftə tam tərkibdə səs verəcəyi gözlənilir.

Nümayəndələr Palatası gözlənildiyi kimi, tam tərkibdə bu maddələrə səs versə, məsələ Respublikaçıların əksəriyyətdə olduğu Senata çıxarılacaq. Senatdakı əksəriyyətin lideri Mitç Makkonnell bunun gələn ay baş verə biləcəyini deyib.

Senatda məhkum olsa, Tramp vəzifəsindən kənarlaşdırıla bilər. Lakin bunun baş verəcəyi gözlənilmir, çünki 100 yerlik Senatda lazım olan 67 səsi almaq üçün azı 20 Respublikaçı Demokratların tərəfində olmalıdır.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo