22:07, 18 Oktyabr 2020 (Bazar) 106

“Nurduz gərək bağlana!”

“Nurduz gərək bağlana!”
Oktyabrın 18-də Təbriz azərbaycanlıları İranla Ermənistan arasındakı Nurduz sərhəd-keçid məntəqəsinin bağlanması tələbilə aksiya keçiriblər.

"Gəl qardaşım meydana, 
Silah gedir İrəvana. 
Azərbaycan yan yana, 
Nurduz gərək bağlana!" - aksiya iştirakçıları etirazlarını bu şəkildə ifadə ediblər.

Aksiya polis müdaxiləsiylə dağıdılıb. Həbs edilənlər var.

Azərbaycanın iddiasına görə, sentyabrın 27-də Ermənistan cəbhə xəttində təxribat törədib və buna cavab olaraq Azərbaycan ordusu əks hücuma keçib.

Döyüşlər nəticəsində Azərbaycan ordusunun Cəbrayıl və Füzuli şəhərlərini, eləcə də onlarla digər kənd və yüksəkliyi işğaldan azad etdiyi bildirir. 

Oktyabrın 18-də Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında yenidən humanitar atəşkəs razılaşması imzalanıb.