17:57, 13 May 2019 (Bazar ertəsi) 47

Nurnberqdə Azərbaycandakı siyasi məhbuslara azadlıq tələb edilib

Nurnberqdə Azərbaycandakı siyasi məhbuslara azadlıq tələb edilib
Mayın 13-də Almaniyanın Nürnberg şəhərində Müsavat Avropa Koordinasiya Mərkəzinin təşkilatçılığı ilə siyasi məhbuslara azadlıq tələbi ilə etiraz aksiyası keçirilib.

Aksiyada yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan Azad Həsənovun, Seymur Həzinin, Əfqan Muxtarlının və bütün digər siyasi məhbusların dərhal azad olunması, repressiyalara son qoyulması tələb edilib. Tədbir iştirakçıları Azərbaycanın və Müsavat Partiyasının bayraqlarını, siyasi məhbusların fotolarını qaldırıb.

Aksiyada çıxış edən natiqlər Azərbaycan hakimiyyətin siyasətini sərt tənqid edib, rejimin dəyişdirilməsi zərurətini vurğulayıb. Xəbəri Müsavat AKM yayıb. 
 
Turan İA