00:53, 26 Oktyabr 2020 (Bazar ertəsi) 119

Növbəti atəşkəs razılaşması oktyabrın 26-da qüvvəyə minəcək

Növbəti atəşkəs razılaşması oktyabrın 26-da qüvvəyə minəcək
Bakıyla Yerevan arasında atəşkəs razılaşması oktyabrın 26-da, Moskva vaxtıyla 19:00-da qüvvəyə minəcək. ABŞ, Ermənistan və Azərbaycanın birgə bəyanatında belə deyilir.

Bu barədə "TACC" teleqram-kanalı məlumat yayıb.

Oktyabrın 10-da və 18-də Moskvada Azərbaycan və Ermənistan humanitar atəşkəslə bağlı razılığa gəlmişdilər. 

Azərbaycanın iddiasına görə, sentyabrın 27-də Ermənistan cəbhə xəttində təxribat törədib və buna cavab olaraq Azərbaycan ordusu əks hücuma keçib.

Döyüşlər nəticəsində Azərbaycan ordusunun Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, eləcə də onlarla digər kənd və yüksəkliyi işğaldan azad etdiyi bildirir.