16:39, 15 Oktyabr 2020 (Cümə axşamı) 87

Ofisdəki ən "yoluxdurucu" əşya məlum oldu

Ofisdəki ən
Koronavirus harada gizlənir?

Rusiyalı infeksionist İrina Şilkina ofisdəki ən "yoluxdurucu" əşyanın hansı olmasına aydınlıq gətirib - bu, kompüter klaviaturasıdır. "RİA Novosti"nin xəbərində belə deyilir.

Şilkinanın sözlərinə görə, klaviaturanın düymələrində müxtəlif bakteriyalar, bağırsaq infeksiyaları, əsasən də koronavirus ola bilər.

"Klaviaturanı təmizləmək çətin olduğundan bunu çox az adam edir. Ona görə də düymələrdə xəstəlikyayıcı bakteriyalar, viruslar, mikroblar toplanır, bunların arasında koronavirus da ola bilər" - deyə mütəxəssis vurğulayıb.

Onun sözlərinə görə, klaviaturada işə başlamazdan əvvəl əlləri yumaq lazımdır. Həkim eyni prosedurun kompüterdə iş yekinlaşandan sonra da edilməli olduğunu deyib.