10:48, 11 Yanvar 2020 (Şənbə) 60

Oman sultanı vəfat edib

Oman sultanı vəfat edib


/ DÜNYA
Oman sultanı Qabus bin Səid Əl Səud vəfat edib.

Bu barədə ölkənin rəsmi dövlət agentliyi məlumat yayıb.

Məlumata görə, sultanlığın rəhbəri dünən - yanvarın 10-da dünyasını dəyişib. Sultanlıq dəftərxanası tərəfindən yayılan xəbərdə qeyd edilir ki, 79 yaşlı Qabus bin Səid uzunsürən xəstəlikdən ölüb. 

2015-ci ildə sultanda xərçəng xəstəliyi aşkarlanmışdı. Son vaxtlar yerli mətbuatda onun səhhətinin pisləşməsi barədə dəfələrlə məlumat yayılıb.

Qabus bin Səid 50 il idi ki, ölkəni idarə edirdi. O, 1970-ci ildə hakimiyyətə gəlmişdi. 

Sultan son illər Almaniyada müalicə kursu keçirdi. Onun varisi yoxdur. 

Sultanın vəfatı ilə bağlı ölkədə 3 günlük matəm elan olunub, ölkə ərazisində dövlət və özəl müəssisələrin fəaliyyəti dayandırılıb, ölkə ərazisində bayraqlar 40 günlük endirilib.