14:09, 18 İyun 2019 (Çərşənbə axşamı) 104

Ombudsman: "Azərbaycanda insan hüquqlarının təmin olunmasında irəliləyişlər var"

Ombudsman:
"Azərbaycanda insanların sosial problemləri ilə bağlı şikayətləri azalır. Azərbaycan başqa ölkələrlə müqayisədə insan hüquqlarının təmin olunması sahəsində böyük irəliləyişlər əldə edib"

Bu barədə jurnalistlərə Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova deyib.

O bildirib ki, Azərbaycanın cəzaçəkmə müəssisələrində vəziyyət yaxşılığa doğru kəskin şəkildə dəyişib: "Bunu məhbusların ailə üzvləri də, vəkilləri də deyirər. Əvvəllər məhbuslara qarşı edilən kobud davranışlar və s. demək olar ki, tam aradan qaldırılıb. Bunu tam səmimiyyətimlə deyirəm. Hətta biz cəzaçəkmə müəssisələrində məhbuslar üçün iş yerlərinin açılmasına çalışdıq və hazırda 4 saylı Cəzaçəkmə Müəssisəsində qadın məhbusların işləməsi üçün toxuculuq imkanları yaradılıb. Onlar burada pul qazanırlar və ailələrinə maddi kömək göstərirlər".

Elmira Süleymanova bundan başqa bu günə qədər Ombudsmanın müraciəti əsasında 700-ə yaxın məhbusun azadlığa buraxıldığını deyib.

"Azərbaycanda məhkumlarla bağlı hökumətə 600-dən çox təklif vermişik. Onların da 70 faizi həyata keçirilib”.

O bildirib ki, "Biz bu vəsatətləri məhkumların özləri, onların ailə üzvləri, eləcə də vəkilləri ilə görüşən zaman, həmçinin onların saxlanıldığı müəssisələrdən davranışları haqqında aldığımız məlumatlar əsasında qaldırırıq. Ombudsmanın fəaliyyəti dövründə 699 məhkum bizim vəsatətimiz sahəsində azadlığına qovuşub. Bu, yalnız onların azadlığa buraxılması deyil, onların ailə üzvlərinə, övladlarına sevinc bəxş olunması deməkdir”.
 
Report.az