11:45, 16 Oktyabr 2020 (Cümə) 107

Operativ Qərargahdan sahibkarlara tövsiyə

Operativ Qərargahdan sahibkarlara tövsiyə
Nazirlər Kabineti yanında Operatv Qərargah Azərbaycanda "Covid -19” virusuna yoluxma hallarının sürətlə artmasını əsas götürərək sahibkarlara müraciət edib.

Müraciətdə deyilir ki, sahibkarlıq fəaliyyətinə olan məhdudiyyətlər aradan qaldırılıdığına görə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində çalışan şəxslər  tam heyətlə işə cəlb edilir. 

Bu isə ictimai nəqliyyatın həddindən artıq yüklənməsinə, iş yerlərində karantin qaydalarına əməl olunmasında problemlərin yaranmasına, ticarət və xidmət obyektlərində sıxlığa gətirib çıxarır:

"Yaranmış vəziyyəti nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qarargah özəl sektorda fəaliyyət göstərən müəssisələrə tövsiyə edir:

• Zəruri hesab edilən işçi heyətini məhdud sayda işə cəlb etsinlər və digər işçilərin maksimum məsafədən işləməsini təmin etsinlər;
• Ən zəruri hallar istisna olmaqla 65 yaşdan yuxarı əməkdaşlar əməkhaqqı saxlanmaqla müvəqqəti olaraq işə cəlb olunmasın”.