12:44, 14 İyun 2019 (Cümə) 79

Oqtay Əsədov deputatlara irad bildirib

Oqtay Əsədov deputatlara irad bildirib
Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin plenar iclası zamanı qanun layihəsi səsə qoyularkən səsvermədə iştirak etmədikləri üçün deputatlara irad bildirib.

Bu barədə "Report” xəbər verir.

Sədr narazılığını "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında qanunun səsverməsi zamanı çatdırıb. 

O, deputatların səsvermədə iştirak etməməsinə əsəbləşib.

O.Əsədov bildirib ki; "100 nəfər oturub 78 nəfər səs verir. Bu nə deməkdir?!”.