17:47, 05 Noyabr 2019 (Çərşənbə axşamı) 63

Oqtay Gülalıyev Türkiyəyə aparılır

Oqtay Gülalıyev Türkiyəyə aparılır
Oktyabrın 29-da qəza keçirən hüquq müdafiəçisi Oqtay Gülalıyev Türkiyəyə aparılacaq.
 
Bu barədə Oqtay Gülalıyevın oğlu Təbriz Gülalıyev feysbuk hesbaında yazıb.

T.Gülalıyev qeyd edib ki, atasının Türkiyəyə aparılması üçün hazırlıq işləri gedir: "Türkiyədən gələn həkimlərin bildirdiyinə görə atanın vəziyyəti ağırdır. Və həkimlər əlavə ediblər ki, aparılmasında heç bir təhlükə yoxdur".
 
"Ailəsi olaraq aparılması üçün razılıq verdik, hazırda aparılması üçün hazırlıq işləri görülür", - deyə o, əlavə edib.

Oqtay Güləliyev 29 oktyabr axşam saatlarında, 28 May və Puşkin küçələrinin kəsişməsində yolu keçərkən piyada keçidinin üstündə maşınla vurulub. 

Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini öz üzərinə götürüb. 

Müalicəyə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət olunub.

Aytac Ağazadə