20:49, 29 Oktyabr 2019 (Çərşənbə axşamı) 128

Oqtay Gülalıyevi maşın vurub

Oqtay Gülalıyevi maşın vurub
Hüquq müdafiəçisi Oqtay Gülalıyevi maşın vurub. 

Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Məlumata görə, bu gün axşam saatlarında hüquq müdafiəçisi Oqtay Gülalıyevi Səməd Vurğun bağının yanında piyada keçidindən yolu keçərkən maşın vurub. 

Sürücünün onu 1 saylı Təcili Tibbi yardım mərkəzinə çatdırdığı  və hazırda həkim nəzarətində olduğu bildirilir.

Məlumata görə vəziyyəti ağırdır, huşu üstündə olsa da, reaksiyası zəifdir, fikrini izah edə bilmir. Kəllə beyin silkələnməsi travması alıb.


 
 Oqtay Gülalıyev və bir neçə vətəndaş cəmiyyəti fəalları oktyabrın 28-də  "İşgəncələrə son qoyulsun!” adlı 10 günlük ictimai kampaniya başladıblar.

Kampaniyanın başlaması və kampaniya çərçivəsində nəzərdə tutulan tədbirlər barədə oktyabrın 29-da saat 14.00-da təşkilat komitəsi üzvlərinin mətbuat konfransında rəsmi məlumat verilib və Oqtay Gülalıyev  çıxış edib.
 

Aytac Ağazadə