Sosial

Oğuz sakini: "Dedilər, əlilsən, get otur evində"

8 Noyabr, 2019
562
"Regionlarda süründürməçilik baş alıb gedir, sənədə baxan yoxdur”, - Oğuz rayon sakini şikayət edir. 

30 yaşlı Sarvan Lətifov 2-ci qrup əlildir. Dediyinə görə, hərbi xidmətdə olarkən keçirdiyi xəstəlik onun səhhətində problemlər yaradıb. Amma bu, işləməsinə mane olmur. 

Sarvan Lətifov 2017-ci ildən "Azərişıq” Açıq Səhmdar Cəmiyyərində müxtəlif vəzifələrdə çalışıb. 2019-cu ilin sentyabırında isə vəzifəsindən azad edilib. 

S.Lətifovun sözlərinə görə, əlilliyi olduğunu bildirdikdə ona "əlilsən, get otur evdə. Burda nə işin var?” - deyilib. 

Şikayətçi yenidən iş tapmaq üçün Oğuz rayon Məşğulluq İdarəsindən müraciət edib. Oktyabrın 23-də ona Zaqatala Rayon Qaz İstismar İdarəsində çilingər kimi çalışması üçün göndəriş verilib. Ancaq sözügedən idarədən ona iş yeri olmadığını söyləyiblər: "Əgər yer yoxdursa, niyə mənə göndəriş verirlər? O göndərişə baxan yoxdur. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə, Zaqatala Rayon Qaz İstismarı İdarəsinə müraciət etmişəm. Nə telefona baxırlar, nə də məni qəbul edirlər”. 
 


Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Məşğulluq siyasəti şöbəsindən Toplum Tv-yə deyiblər ki, qurumun işi vətəndaşla işə götürən arasında bağlantı yaratmaqdır. Vətəndaşın işə götürülüb-götürülməməsi isə onların səlahiyyətində deyil: "Zaqatala Rayon Qaz İstismarı İdarəsi göndərişə 5 iş günü ərzində baxmalı və müraciətə cavab verməlidir. Ola bilsin ki, mövcud vakansiya olub və onlar işə yeni işçi götürüblər. Ancaq həmin qurum vakansiyanın bitməsi haqda məşğulluq idarəsinə məlumat vermədiyindən biz o vəzifə üçün göndəriş vermişik. Əslində burda nə bizim qurumun, nə də idarənin günahı var. Vətəndaş burda əziyyət çəkir, bunu da başa düşürük. Vətəndaş öncədən vakansiyanın olub-olmaması ilə maraqlansaydı, yaxşı olardı”. 

"Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən isə Toplum Tv-yə  bildirilib ki, hazırda Zaqatala Rayon Qaz İstismarı İdarəsində boş yer olmadığı üçün imkanlar məhduddur. Lakin Məşğulluq İdarəsindən göndərilən insanlar qeydiyyata alınır. Ehtiyac yarandığı halda ilkin olaraq onlar işlə təmin olunacaqlar.

Roza Məmmədova

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo