Sosial

PA rəsmisinə cavab: "Heç bir qürurdan söhbət gedə bilməz"

21 İyul, 2019
645

Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin aparıcı məsləhətçisi Bəhruz Həsənov müsahibəsində Azərbaycan mətbuatı ilə bəzi məqamlara toxunub.

O bildirib ki, mediada bəzi neqativ hallar olsa da, hazırda Azərbaycan mətbuatı ilə qürur duymağa dəyər: "Adi bir faktı deyim ki, 2016-cı ildə aprel döyüşlərində öz mətbuatımızla qürur duyduq. Azərbaycan mətbuatı o informasiya savaşından üzüağ çıxdı. Azərbaycan mətbuatında müəyyən neqativ hallar var, amma ümumi götürdükdə onların sayı azdır".

Bəs Azərbaycanda mətbuatı qürur duyulası vəziyyətdədirmi?

"Mətbuatın durumu çox pisdir. Azad media institutu yoxdur”, - bunu "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Toplum.Tv-yə deyib.


Onun sözlərinə görə, son dövrlər vəziyyət daha da pisləşib: "Media hakimiyyət tərəfindən idarə edilir, maliyələşdirilir. Bu baxımdan biz deyə bilmərik ki, Azərbaycan mətbuatı bu gün istər keyfiyyət, istər ictimai nəzarət funksiyası baxımından yaxşıdır. Mətbuatın vəziyyəti kifayət qədər ağırdır və pisləşməyə doğru gedir. Bu gün, əsasən, cəmiyyət informasiyaları mətbuatdan yox, daha çox sosial şəbəkələrdən alır, istehsal edir. Bu, real vəziyyətdir. Ona görə də heç bir qürurdan söhbət gedə bilməz. İndiki media mühiti ilə qururlanmaq olmaz”.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli isə Azərbaycan mətbuatındakı vəziyyətin kifayət qədər yaxşı olduğunu bildirir: "Azərbaycanda ictimai rəyin sabit tutulmasında və Azərbaycan auditoriyasının informasiya ilə təmin olunması baxımından Azərbaycan mediası öz funksiyasını dolğun şəkildə yerinə yetirilir. Artıq o səviyyədə addımlar atılır ki, artıq Azərbaycan informasiyasını beynəlxalq aləmə çatdırır. Amma neqativlər də təbii ki, mövcuddur".

 

Müşfiq Ələsgərli qeyd edib ki, bu neqativlərin bir səbəbi də medianın inkişafı ilə bağlıdır: "Media elə bir sahədir ki, burada duruş yoxdur, davamlı inkişaf edir. Dəyişikliklərə uyğunlaşmaq da asan olmadığı üçün bəzi problemlər yaşanır. Media məkanında azadlıqlar elə ifrat səviyyəyə gəlib çatır ki, burada sui-istifadə hallarına yol verilir. Xüsusi olaraq siyasiləşmiş media və reket jurnalistika ilə bağlı müəyyən problemlər var. O problemlərin də aradan qaldırılması üçün qanunvericilik təkmilləşdirilir, müəyyən mexanizmlər formalaşdırılır. Təbii ki, ciddi uğurlar var amma hələlik tam nəaliyyət qazana bilməmişik. Çünki hələ də "reket media" ünsürləri və neqativ şəxslərin, siyasiləşmiş amillərin mediada istifadə halları hələ də qalır. Bunlar da təbii ki, aradan qaldırılmalıdır”.

Media hüququ üzrə ekspert Xalid Ağəliyev isə deyir ki, müstəqil mediaya sahib olmaq hamının istəyidir: "İctimai tələbata cavab verən mediaya sahib olmaq hər birimizin istəyidir. Elə bir media ki müstəqil, azad olsun, hökumətə bağlı olmasın. 2016-cı ildə aprel hadisələri zamanı informasiya xaosu yaranmışdı, vətəndaşlar günlərlə gerçəkdən nələrin baş verməsindən xəbər tuta bilmədilər. Bu həm də medianın azad olmamasının nəticəsi idi. Konkret olaraq mətbuatın durumunu analiz etsək, bu sfera demək olar ki, çöküb. Mətbuatın reklamı yoxdur, yayım sistemi yoxdur, tamamilə hökumətin vəsaitindən asılı duruma düşüb. Ən populyar qəzetin belə tirajı 10 minə çatmır". 

 

Ekspert bildirib ki, indiki halda mətbuatın durumuna aid pozitiv nəsə demək çətindir: "Ümumilikdə mediaya nəzərə salsaq, çap və yayım mediası hökumətin tam kontrolundadır. Bu sahədə azadlıq, müstəqillik əldən verilib. Kütləvi informasiya vasitələrində topluma doğru-dürüst xəbər çatdıran yeganə platfoma onlayn mediadır. Çünki orda az-çox azadlıq var”.

Nərgiz Absalamova


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo