14:42, 05 Avqust 2019 (Bazar ertəsi) 53

Pakistan Kəşmirlə bağlı beynəlxalq məhkəməyə müraciət edəcək

Pakistan Kəşmirlə bağlı beynəlxalq məhkəməyə müraciət edəcək


/ DÜNYA
Pakistan dövləti Hindistanın Cəmmu və Kəşmir ştatının xüsusi statusunu ləğv etməsi ilə bağlı BMT-nin Beynəlxalq Məhkəməsinə müraciət etməklə yanaşı, bir sıra diplomatik addımlar atacaq.

Bu barədə "Report.az” yerli KİV-ə istinadən xəbər verir.

Avqustun 5-də Hindistan parlamentinə təqdim olunan müvafiq qanun layihəsi ilə bağlı Prezidenti Ram Nath Kovind Cəmmu və Kəşmir ştatının xüsusi statusunu ləğv edən fərman imzalayıb.

Mənbələrə görə, bununla bağlı "hər cür cavab variantları”na əl atacaqlarını bildirən Pakistan Xarici İşlər Nazirliyi dərhal hüquqşünaslara müraciət edib. Daha sonra hökumətə ətraflı tədbirlər planı təqdim olunacaq. Pakistan tərəfi BMT Təhlükəsizlik Şurasının qətnaməsinin pozulduğu qənaətindədir.