13:01, 09 İyul 2019 (Çərşənbə axşamı) 78

Parlament pensiyaların artırılmasını qəbul edib

Parlament pensiyaların artırılmasını qəbul edib
Milli Məclisin bu gün iyunun 9-da keçirilən  plenar iclasında "Əmək pensiyaları haqqında” qanuna əmək pensiyalarının minimum məbləğinin artırılması ilə bağlı dəyişiklik layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Bu barədə "Report" xəbər verib.  

Xəbərə görə İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentə göndərdiyi layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir: "Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul olunub.