16:44, 21 Yanvar 2020 (Çərşənbə axşamı) 132

Parlament seçkilərində 95 nəfər namizədliyini geri götürüb

Parlament seçkilərində 95 nəfər namizədliyini geri götürüb
Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində 95 nəfər mübarizəni dayandırıb.

APA-nın verdiyi məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

MSK sədri deyib ki, seçkilərdə 19 siyasi partiyanın üzvləri təmsil olunur. Ümumilikdə 1542 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.