13:00, 11 Dekabr 2019 (Çərşənbə) 113

Parlament seçkilərində müşahidəçilik üçün Avropa Şurasına dəvət göndərilib

Parlament seçkilərində müşahidəçilik üçün Avropa Şurasına dəvət göndərilib
Milli Məclisə növbədənkənar seçkilərin müşahidəsi ilə əlaqədar Azərbaycan Avropa Şurasına rəsmi dəvət ünvanlayıb.

APA xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

S. Səmədov deyib ki, Milli Məclis sədrinin imzaladığı məktub Avropa Şurasının Prezidentinə təqdim edilib: "Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri kimi də onu deyə bilərəm ki, biz bütün beynəlxalq təşkilatlara dəvət məktubları göndərmişik. Azərbaycan müşahidə missiyalarının Bakıya gəlməsi üçün tam açıqdır. Hesab edirik ki, bu, vacib məsələdir”.

Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin olunub.