Siyasət

“Parlament üzvləri Xalid Bağırovla bağlı petisiyadan xəbərdardır”

1 May, 2020
2743
Xalid Bağırov: "Hər şey siyasi iradədən aslıdır”

"Nə Vəkillər Kollegiyasına müraciət etmək fikrim var, nə də əlavə bir dövlət qrumuna. Kimdənsə Kollegiyaya bərpa olunmağımı xahiş etmək niyyətim də yoxdur”.

Vəkillər Kollegiyasının keçmiş üzvü, hüquqşünas Xalid Bağırov Toplum TV-yə açıqlamasında belə deyib. 

Nizami rayon məhkəməsinin qərarı ilə 2014-cü ilin dekabrında Xalid Bağırovun vəkillik fəaliyyətinə xitam verilib.

O, bu qərarın verilməsinə ReAl partiyasının sədri İlqar Məmmədovun məhkəmə prosesində Azərbaycan məhkəmə sistemi haqqında dediklərinin səbəb olduğunu bildirib. 

Bu günlərdə Ali Məhkəmənin Plenumunun qərarına əsasən partiya sədri bəraət alıb.
 
Bundan sonra sosial şəbəkələrdə Xalid Bağırovun yenidən Vəkillər Kollegiyasına qaytarılması istiqamətində petisiya başladılıb. 

Vəkil qurumdan uzaqlaşdırılmasının siyasi qərar olduğuna diqqət çəkir: "Bu qərar Azər Tağıyevin dönəmində verilib. Azər Tağıyev də, elə Anar Bağırov da müstəqil qərar verən adam deyillər. Onlara göstəriş "dejurnu” aparatdan gəlir, daha sonra Kollegiya  hər hansı bir qərar verir.Yəni siyasi iradə olsa, yenidən məni Vəkillər Kollegiyasına bərpa edə bilərlər, olmasa, təbii ki, bərpa etməyəcəklər. Hər şey siyasi iradədən aslıdır”.

Zahid Oruc: "Xalid Bağırov rəsmi şəkildə bizə müraciət edə bilər”

Milli Məclisin İnsan Haqları Komitəsinin sədri Zahid Oruc isə bildirir ki, Xalid Bağırovla bağlı başlanmış petisiyadan parlament üzvləri xəbərdardır.
 
Deputat vəkildən fərqli olaraq onun Kollegiyadan uzaqlaşdırılmasının siyasi qərar olmadığını vurğulayır: "Vəkillər məhz hüquq müstəvisində fəaliyyət aparmalıdırlar. Özünü siyasi hakimiyyət uğrunda mübarizənin tərəfinə çevirib qanuni normaları bir kənara qoymaq olmaz”.

Deputat vəkilin yardım üçün parlamentə müraciət edəcəyi halda problemi yoluna qoya biləcəklərini deyir: "Xalid Bağırov bizə rəsmi şəkildə müraciət edə bilər. Biz də Vəkillər Kollegiyasında bu məsələ ətrafında danışıqlar apara bilərik. O cümlədən Anar Bağırovun hər bir vətəndaşın vəkillə təmin olunması yönündə addımlar atdığını nəzərə alsaq, qeyd olunan problemi də çözmək olar”.

Deputat sual edir: "Xalid Bağırovun Kollegiyadan uzaqlışdırılmasınıın səbəbi yalnız İlqar Məmmədov idimi, yoxsa başqa səbəblər də vardı?”

Zahid Orucun fikrincə, bu gün İlqar Məmmədova bəraət verilibsə, o vaxtkı mövqeyinə görə vəkillə bağlı atılan addımların geri çəkilməsi məsələsi araşdırılmalıdır: "Məsələnin tam təfərrüatı mənə bəlli deyil”. 

Deputat sonda əlavə edir ki, heç bir dövlət və idarəçilik sistemi vətəndaşların hər hansı məsələdə narazılığını qazanmaqda maraqlı deyil.

İntiqam Əliyev: "Vəkillər Kollegiyası müstəqil qurum deyil”

Hüquq müdafiəçisi İntiqam Əliyev isə söyləyir ki, Avropa məhkəməsinin Xalid Bağırov haqqında gözlənilən qərarı verməsi, Vəkillər Kollegiyasının qərar qəbul etməsindən daha asandır.

"Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunun 23-cü maddəsinə əsasən, vəkilin fəaliyyətinə aşağıdakı hallarda xitam verilə bilər: Öz arzusu ilə fəaliyyətinə xitam verilməsi barədə yazılı ərizə verdikdə; barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda; fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmə tərəfindən müəyyən edildikdə; vəfat etdikdə; Vəkillər Kollegiyasının üzvlüyündən xaric edildikdə; bu qanunla vəkilliyə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə və üzvlük haqqını dörd aydan artıq müddətdə üzürsüz səbəbdən ödəmədikdə".

İntiqam Əliyev qeyd edir ki, məsələnin hüquqi tərəfi çox dərindir, bu 3-5 cümlə ilə izah ediləsi problem deyil: "Bir sözlə, onu demək lazımdır ki, Vəkillər Kollegiyası müstəqil qurum deyil. Ona görə də Xalid Bağırovu Kollegiyadan çıxartmalı deyildilər. Dedilər: "çıxart”, çıxartdılar. İndi də desələr ki, bərpa edin, bərpa edəcəklər. Petisiyanı imzalayanlar da Xalid Bağırovun Kollegiyaya bərpa olunmasının tərəfdarıdırlar” .

Anar Bağırov: "Məhkəmənin qüvvədə olan qərarı dövlət adından verilib”

Vəkillər Kollegiyasının sədri Anar Bağırov isə Toplum TV-yə bildirib ki, məhkəmənin qüvvədə olan qərarına riayət etmək hər kəs üçün məcburidir.

"Məhkəmə qərarına hörmətlə yanaşılmalıdır, çünki bu qərar dövlət adından verilib. Heç kəs məhkəməyə qarşı hörmətsizlik etməməli, təhqir, böhtan dili ilə danışmamalıdır. Bu cür davranış bütün sivil ölkələrdə ən sərt cəza üçün hüquqi əsas yaradır. Hesab edirəm ki, bu cür davranışa qarşı ölkəmizdə qüvvədə olan qanunvericilik çox yumşaqdır və Avropanın aparıcı ölkələrində olduğu kimi daha da sərtləşdirilməlidir”, – kollegiya sədri söyləyib. 

Xalid Bağırov vəkillik fəaliyyəti dövründə həbsdə olan hüquqşünasların və ictimai faəlların müdafiəsi ilə tanınıb. 

Fəaliyyətinə xitam verildiyi zaman Xalid Bağırovun hüquqlarını müdafiə etdiyi şəxslər sırasında ReAl Partiyasının sədri İlqar Məmmədov, Arif Yunus, Yadigar Sadıqlı, bloger Əbdül Əbilov və NİDA Vətəndaş Hərəkatının üzvləri vardı.  

Şəbnəm Adil

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo