13:29, 29 Noyabr 2019 (Cümə) 108

Parlament özünü buraxmaq üçün xüsusi iclas çağırdı

Parlament özünü buraxmaq üçün xüsusi iclas çağırdı
Parlament özünü buraxmaq üçün dekabrın 2-nə xüsusi iclas çağırdı.

Dekabrın 2-də parlamentdə Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatların parlamentin buraxılması ilə əlaqədar müraciətə baxılacaq. Bunu Milli Məclisin iclasında spiker Oqtay Əsədov elan edib.

Məlumatı Meydan Tv yayıb.

Oqtay Əsədovun sözlərinə görə, bu məsələnin müzakirəsi üçün Milli Məclisin dekabrın 2-nə təyin edilən xüsusi iclası çağırılıb və gündəliyinə yalnız bir məsələ - parlamentin buraxılmasının müzakirəsi daxil edilib.

YAP Siyasi Şurası noyabrın 28-də keçirilən iclasında parlamentdə təmsil olunan üzvlərinə parlamentin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edən qərar qəbul edib.