11:21, 11 Yanvar 2021 (Bazar ertəsi) 72

Paşinyanın Rusiyaya getməməsi üçün müxalifət yolları bağladı

Paşinyanın Rusiyaya getməməsi üçün müxalifət yolları bağladı


/ DÜNYA
FOTO: "Sputnik Ermənistan"

Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanın Rusiyaya səfərinin qarşısını almaq üçün "Zvartnots" hava limanın gedən yolu bağlayıb. 

"Sputnik Ermənistan"ın yanvarın 11-də verdiyi xəbərə görə, Nikol Paşinyanın korteji bağlanan yolu adlamaqla hava limanına çatmağa və Moskvaya yollanmağa müvəffəq olub. 

Yolları bağlayaraq etiraz aksiyası keçirən müxalifət təmsilçiləri bəyan ediblər ki, əgər baş nazir Rusiya paytaxtında hansısa sənəd imzayarsa, onda Ermənistanın hava məkanı onun üçün qapanmış olacaq. 

Bu gün Moskva şəhərində Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli görüş keçiriləcək. Görüş Rusiya prezidenti Vladimir Putinin təşəbbüsüylə baş tutacaq. II Qarabağ müharibəsindən sonra Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilk dəfə bir araya gələcəklər.