Siyasət

Paşinyanın Şuşa səfərinə Azərbaycandan reaksiya

8 May, 2019
1480
XİN: "Ermənistanın növbəti təxribatıdır"

Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 9-da işğal altındakı Azərbaycan torpaqlarına səfər edəcək.

Ermənistan mediasınının xəbərinə əsasən, Paşinyan Şuşanın işğalı, Qələbə günü və "Artsax ordusu”nun yaradılması münasibəti ilə hərbi parad keçirəcəyi gözlənilir.

Toplum Tv Nikol Paşinyanın Şuşa səfərinin mümkün məqsədlərini araşdırıb.

Şuşa-Füzuli-Xocalı-Xocavənd seçki dairəsininin deputatı Elman Məmmədov Toplum Tv-ya bildirib ki, Paşinyanın məqsədi gizli deyil: "Ermənilər 1988-ci ildən birləşmək problemini ortaya atıblar. Yəni Dağlıq Qarabağın Ermənistana birləşdirmək məsələsi idi. Son 250 il ərzində necə ki, köçürülüb, Azərbaycan torpaqlarında yerləşdirilib və onlara Ermənistan deyilən dövlət yaradılıb. Bu gün də onlar "Böyük Ermənistan" xülyası ilə yaşayırlar. Bunlar belə hesab edirlər ki, Azərbaycanın işğal olunmuş torpaqları, eləcə də, 20 faiz torpağını da Ermənistana qatacaqlar. Hətta bu gün Türkiyə, Gürcistan və İrandan da torpaq iddiasındadırlar”.

Deputatın sözlərinə görə, Paşinyanın  işğal olunmuş torpaqlarda belə rahat parad keçirməsi normaldır: "Paşinyan da çox sərbəst Şuşaya gəlir və gedir, hətta parad da keçirəcəklər. Hər şeyi edirlər, çünki bu gün o ərazilər onların nəzarətindədir. Bəs soruşacaqsınız ki, biz nə etməliyik ki, bunlara son qoyulsun. Bizim bir yolumuz var. Fikrimcə, bu danışıqlar və görüşlər yolu ilə, qərarlarla, qətnamələrlə bu günə kimi mümkün olmayıb və bu gündən sonra da mümkün olmayacaq. Yeganə yol bu gün qüdrətli Azərbaycanın güclü ordusundan istifadə edib torpaqlarımızı işğalçılardan təmizləməkdir. Və qələbə paradımızı orda keçirməkdir. Nə qədər ki torpaqlar işğal altındadır, ermənilər bizim oradakı bütün tarixi izlərimizi siləcəklər. Bunlara son qoyacaq yeganə qüvvə Azərbaycan ordusudur”.

"Atlas” Araşdırmalar Mərkəzinin direktoru Elxan Şahinoğluna görə, Şuşanın işğalı günü bütün erməniləri biləşdirir: "İş o yerə çatıb ki, Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan Ermənistanın Baş prokuroruna müraciət edərək həbsdə olan keçmiş prezident Robert Köçəryanın heç olmazsa, 9 mayda azaldığa buraxılmasını və onun Şuşanın işğalı günündə hamı ilə bir yerdə olmasını xahiş edib”.

Politoloq Şuşa səfəri fonunda Ermənistanın daxili siyasətinə də toxunub: "Əlbəttə, Bako Saakayanın təklifi Baş nazir Nikol Paşinyanın xoşuna gəlməyəcək. Çünki o da mayın 9-da Şuşada olacaq və yanında Robert Köçəryanın dayanmasını istəməz. Ancaq nə bilmək olur, bəlkə, Paşinyan Şuşanın işğalı günü naminə Köçəryanın müvəqqəti azadlığına səs çıxarmayacaq. Ermənilər Şuşanın işğalı gününü qeyd etməyə hamılıqla hazırlaşarkən biz Bakıda Şuşa haqqında sənədli filmin təqdimatını keçirdik”.

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Şuşa şəhərinin işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb: "Ermənistan siyasi rəhbərliyinin bu ölkənin hərbi işğalı altında saxlanılan Şuşa şəhərinə səfər edərək burada qondarma "qələbə günü”nü qeyd etməsi Ermənistan tərəfinin növbəti təxribatı olmaqla yanaşı, bu ölkənin Azərbaycan ərazilərinin işğalında birbaşa iştirakını bir daha nümayiş etdirir".

Nikol Paşinyan mayın 8-də Baş nazir seçiləndən bir gün sonra da Şuşaya gəlmişdi. 2018-ci ildə 9 may tədbirlərinə də qatılmışdı.

Uğur Fərzəli


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo