10:42, 18 Noyabr 2020 (Çərşənbə) 100

Paytaxtda ən çox yoluxma sayı Binəqədidədir

Paytaxtda ən çox yoluxma sayı Binəqədidədir
Azərbaycanda koronavirusa yoluxma ilə bağlı ən son statistika açıqlanıb.

Koronavirusinfo.az saytının verdiyi məlumata görə, Bakıda rayonlar üzrə bu dəfə də ən çox yoluxma Binəqədi rayonunda qeydə alınıb. Rayonda koronavirusa yoluxma 14.7 faizdir.

Eyni zamanda Xətaidə 12.7 faiz, Yasamalda 11.6 faiz, Sabunçuda 11.3 faiz, Suraxanıda 8.4 faiz, Nəsimidə 8.3 faiz, Nərimanovda 8.0 faiz, Nizamidə 7.3 faiz, Qaradağda 6.3 faiz, Xəzərdə 6.3 faiz, Səbaildə 4.8 faiz, Pirallahıda 0.3 faiz yoluxma qeydə alınıb.
 
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2075 yeni yoluxma faktı qeydə alınıb, 1139 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.COVID-19 testi müsbət çıxmış 20 nəfər isə vəfat edib.