17:32, 09 May 2019 (Cümə axşamı) 53

Paytaxtın bir sıra küçə və prospektində hərəkət məhdudlaşdırılacaq

Paytaxtın bir sıra küçə və prospektində hərəkət məhdudlaşdırılacaq
Mayın 10-da paytaxtın bir sıra küçə və prospektində hərəkət məhdudlaşdırılacaq.

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib ki, sabah Fəxri xiyaban istiqamətində hərəkət edən vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə səhər saatlarından tədbir tam başa çatanadək Parlament prospekti boyu bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.

Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, Mehdi Hüseyn küçəsi 1, yəni Teleteatrın binasının yanından, eyni zamanda Milli Məclisin arxasından Parlament prospekti istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq hərəkət istiqaməti dəyişdiriləcək.

Sürücülərdən və avtomobil sahiblərindən bu istiqamətdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etmələri xahiş olunur.