Dünya

Pelosi Trampın Konqresdəki çıxışından sonra çıxışın mətnini nümayişkaranə şəkildə cırıb

5 Fevral, 2020
485
Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ABŞ Prezidenti Donald Trampın ABŞ Konqresindəki "Ölkənin vəziyyəti haqqında” illik müraciəti ilə etdiyi nitqdən sonra onun çıxışının mətnini nümayişkaranə şəkildə cırıb.

APA "TASS” agentliyinə istinadən xəbər verir ki, Tramp çıxışının bir nüsxəsini nitqindən bir neçə dəqiqə əvvəl Pelosiyə təhvil verib.

Bu vaxt spiker prezidentə əl uzatsa da, prezident onun əlini sıxmayıb və geri çevrilərək tribunadakı yerini tutub.
 
Öz növbəsində Pelosi bir neçə dəqiqə sonra Trampı millət vəkillərinə təqdim edərək, quru şəkildə deyib: "Konqres üzvləri, ABŞ Prezidenti”. Tramp da bunun cavabında "prezidenti təmsil etməyin böyük şərəf və imtiyaz” olmasını ifadə edən ənənəvi sözləri işlətməyib.

Tramp nitqini başa çatdırdıqdan sonra onun arxasında olan Pelosi sənədləri masadan götürərək cırıb.

"Mümkün alternativləri nəzərə alsaq, bu, yerinədüşən oldu”, - deyə N.Pelosi sonradan jurnalistlərə hərəkətlərinin səbəbini izah edərkən bildirib.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo