09:56, 12 İyun 2019 (Çərşənbə) 94

Pentaqon Türkiyə ilə F-35 məsələsini müzakirə edəcək

Pentaqon Türkiyə ilə F-35 məsələsini müzakirə edəcək


/ DÜNYA
ABŞ-ın müdafiə naziri vəzifələrinin icraçısı Patrik Şenahen türkiyəli həmkarı Hülusu Akar ilə Ankaranın Rusiyanın S-400 zenit raket sistemini alması və Türkiyə pilotlarına Amerikanın F-35 təyyarələri üçün təlimlərin keçirilməsinin dayandırılması ilə bağlı yaranmış vəziyyəti müzakirə edəcək.

Bu barədə "CNN" xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri vəzifələrinin icraçısı Patrik Şenahen deyib.

o, bildirib ki: "Lakin mən ümid edirəm ki, sabah biz baxış mübadiləsi aparacağıq və hansı məsələdə irəliləyiş əldə olunduğu barədə bir-birimizi məlumatlandıracağıq".

Pentaqon rəhbəri həmçinin qeyd edib ki, Vaşinqton və Ankara arasında əməkdaşlıq təkcə pilotların təlimatlandırılması məsələsində dayandırılıb, təyyarələrə xidmət göstərilməsində deyil.