16:16, 09 Sentyabr 2019 (Bazar ertəsi) 36

Peşə Təhsili üzrə Dövlət Agentliyində Apelyasiya Komissiyası yaradılır

Peşə Təhsili üzrə Dövlət Agentliyində Apelyasiya Komissiyası yaradılır
Peşə Təhsili üzrə Dövlət Agentliyində Apelyasiya Komissiyası yaradılır.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Məlumata görə, yaradılan komissiyada, peşə təhsili müəssisələrinə qəbul və nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması, onların dəyərləndirilməsi nəzərdə tutulur. 

Vətəndaşlar Apelyasiya Komissiyasına 11-13 sentyabr 2019-cu il tarixlərində saat 10:00-dan 18:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və təhsil haqqında sənədi təqdim etməklə müraciət edə bilərlər.

2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulu artıq başa çatıb.

5-20 avqust tarixlərində keçirilən birinci mərhələdə 8 808 nəfər, 28 avqust - 5 sentyabr tarixlərində keçirilən ikinci mərhələdə isə 3 754 nəfər peşə təhsili müəssisələrində təhsil almaq hüququ əldə edib. 

Müsabiqənin 2-ci mərhələsindən uğurla keçən şəxslərin qəbul olunduqları peşə təhsili müəssisələrinə qeydiyyatı sentyabrın 10-dək davam edəcək.

Əbülfət Baxşəli