13:41, 17 May 2019 (Cümə) 70

Petro Poroşenkoya Ukraynanı tərk etmək qadağan olunub

Petro Poroşenkoya Ukraynanı tərk etmək qadağan olunub


/ DÜNYA
Kiyev Məhkəməsi Ukraynanın fəaliyyətdə olan Prezidenti Petro Poroşenkonun ölkəni tərk etməməsi üçün işin icraatına başlayıb.

Bu qərara əsasən, onun və 179 dövlət məmurunun ölkəni tərk etməsinin yasaqlanacağı ehtimal edilir. Həmin şəxslər arasında P.Poroşenko ilə yanaşı, Baş nazir Vladimir Qroysman, Ali Rada sədrinin birinci müavini Andrey Parubi də var. 

Aprelin 21-də keçirilmiş ikinci tur səsvermənin nəticələrinə görə, şoumen Vladimir Zelenski 73,2% səslə dövlət başçısı seçilib. İndiki prezident Pyotr Poroşenko 24,5% səslə kifayətlənib.