17:15, 14 Yanvar 2020 (Çərşənbə axşamı) 64

Polis Bəxtiyar Hacıyevi təhdid edən şəxsi saxladığını bildirib

Polis Bəxtiyar Hacıyevi təhdid edən şəxsi saxladığını bildirib
Deputatlığa namizəd Bəxtiyar Hacıyevi təhdid edən şəxs polis tərəfindən saxlanılıb.

MeydanTV xəbər verir ki, bu barədə APA-ya Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən bildirilib.

Polisin məlumatına görə, Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində 1989-cu il təvəllüdlü, Suraxanı rayonunda qeydiyyatda olan Elman Bağırov saxlanılıb.

Polis müəyyən edib ki, o, saxta sosial şəbəkə profillərindən özünü ABŞ vətəndaşı, Turan Elmar İsmayıl oğlu kimi təqdim edib.

"Müəyyən edilib ki, E.Bağırov Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsilə barəsində olan cinayət işi ilə bağlı istintaqdan yayındığı üçün axtarışda olub. Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir”, - məlumatda deyilir.

Bəxtiyar Hacıyev yanvarın 13-də telefon zəngi vasitəsilə təhdid olunduğunu bildirib.