Siyasət

Polis fəalın mətbuatla ünsiyyətini qadağan edib

10 Sentyabr, 2019
586
"Xətai rayon sakinləri DİN-in hərkətsizliyinə qarşı etiraz aksiyasına çıxacaqlar" sərlövhəli məqalənin qəhrəmanı Natalya İorina bazar ertəsi Xətai Rayon Polis İdarəsinin rəisi İlqar Məmmədovun yanına çağırılıb.

Xəbəri Turan Informasiya Agentliyi yayıb.

Məqalə Aşıq Qurban küç., 19 ünvanında yerləşən binanın sakinlərinin münaqişəsinə həsr olunub. Bu evin sakinləri həyətlərində kommersiya obyekti tikilməsinə etiraz edirlər, belə ki, bu obyekt bütün ümumi həyəti zəbt edəcək. Qonşuların şikayətlərinə cavab olaraq obyekt sahibləri - sahibkar Pərvanə Novruzova və oğulları 2018-ci ilin noyabrında şikayətçilərə hücum ediblər, İorinanı və digər ev sakinlərini döyüblər. Dava polisin gözü qabağında və "Təhlükəsiz Şəhər" videomüşahidə kameraları önündə baş verib. Sakinlərin şikayəti ilə cinayət işi açılıb.

"Görüşdə polis rəisi deyib ki, cinayət işi ilə bağlı mətbuata danışmamalıyam. Onun sözlərinə görə, mən zərərçəkmiş kimi tanınmamışam, amma, sən demə, hələ də (10 ay keçdikdən sonra) iş üzrə şahid kimi keçirəm", deyə İorina bildirib.

Onun sözlərinə görə, Novruzovanın və oğullarının ev sakinlərinə hücumunu əks etdirən videogörüntülər işdən çıxarılıb. Bu görüntülər araşdırma yeni başladığı zaman işdə var idi və baş müstəntiq polkovnik-leytenant Rəhman Kərimov onları İorinaya göstərmişdi.

"Həmçinin, Kərimova təqdim etdiyim, onun da qəbul etdiyini təsdiq etdiyi döyülmüş vətəndaşların vəziyyəti haqqında xəstəxanadan alınmış çıxarış da işdə yoxdur", deyə İorina qeyd edib.

Polisin jurnalistlərə araşdırmanın gedişatı haqqında məlumat verməyə son qoyması tələbinə baxmayaraq, İorina buna əməl etmək niyyətində deyil. O, qonşuları ilə birlikdə polisin hərəkətsizliyinə etiraz etmək üçün yenidən piketə çıxmaq niyyətindədir.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo