12:15, 12 Fevral 2020 (Çərşənbə) 85

Polis namizədlərin toxunulmazlığı qanununu pozub

Polis namizədlərin toxunulmazlığı qanununu pozub
Dünən MSK qarşısında dinc etiraz aksiyasının dağıdılması zamanı bir qrup deputatlığa namizəd - Rəbiyyə Məmmədova, İradə Cavadova, Fərhad Mehdiyev, Turqut Qəmbər, Elman Quliyev saxlanılıb.

Turan informasiya agentliyi xəbər verir ki, müşahidəçilər polisin deputatlığa namizədləri saxlamaqla qanunu, daha dəqiq isə Seçki Məcəlləsinin namizədlərin toxunulmazlığı haqqındakı normasını pozduğunu hesab edirlər.

Belə ki, Seçki Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, seçki nəticələri rəsmi olaraq dərc olunana qədər namizəd toxunulmazlığa malikdir. O, saxlanıla, məhkəmə tərəfindən təyin olunan inzibati cəzaya məruz qoyula bilməz. O, yalnız cinayət törədərkən cinayət üstündə saxlanıla bilər. Bu zaman prokuror və ya məhkəmə dərhal bu barədə dairə seçki komissiyasına məlumat verməlidir.