Siyasət

Politoloq: "Sadələşdirilmiş viza o mənaya gəlmir ki, hər kəsə viza veriləcək"

2 May, 2019
875
"Readmissiya və viza rejiminin sadələşdirilməsinə dair sazişlərlə bağlı işləri yerinə yetiririk”

Bunu Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib

Daha əvvəl Xarici işlər naziri Elmar Məmmədyarov viza rejiminin liberallaşdırılmasına dair Avropa İttifaqı (Aİ) ilə danışıqlara hazır olduqlarını bildirib.

Toplum Tv Ai ilə viza sadələşməsinin Azərbaycan vətəndaşları üçün hansı imkanları verəcəyini araşdırıb.

Azərbaycan vətəndaşları hazırda dünyanın 29 ölkəsinə gedərkən viza tələb olunmur. 

Bunların içərisində əsas yeri keçmiş MDB və Balkan ölkələri tutur.

Dünyanın 32 ölkəsinə isə vətəndaşlara viza aeroportda verilir. 

Bunların əksəriyyəti isə Afrika qitəsində yerləşən ölkələridir. Şengen iqtisadi zonasına isə daxil olarkən viza tələb olunur. Hansı ki inkişaf etmiş Qərbi Avropa ölkələrinin əksəriyyəti bura daxildir.

Politoloq Fərhad Mehdiyev Toplum Tv-ya açıqlamasında bildirib ki, sadələşdirilmiş viza verilməsi o mənaya gəlmir ki, hər kəsə viza veriləcək: "Müəyyən şərtlər qoyacaqlar. Təbii ki, bunların başında sabit bir iş yerinin olması gəlir. Əlavə olaraq viza müddətində özü üçün lazım olan nağd pulu olduğuna dair müəyyən sənədləri olmalıdır. Bunun bizə verəcəyi dividentlərdən biri tələbələrin xaricə gedərək istədiyi universiteti orada seçməsi olacaq. Təbii ki, insanımız daha çox Avropaya gedib-gələcək və oranın mədəniyyəti ilə daha yaxından tanış olacaq”.

Fərhad Mehdiyev deyir ki, insanlarımız ən azından mədəni səfərlərini təşkil edə biləcəklər: "Avropanın çox gözəl və qədim mədəniyyəti var, çox gözəl arxitekturası var. Vətəndaşlarımızın gedib bunları görməsi çox yaxşı şeydir. Digər bir tərəfdən insan xaricdə bir şey görəndə onun eynisinin öz ölkəsində olmasını istəyir. Demək istədiyim odur ki, bu müəyyən dərəcədə ictimai rəyin formalaşmasına gətirib çıxaracaq. Digər tərəfdən Avropada olanlar haqqında cəmiyyətə qeyri-obyektiv məlumatlar verirlər. Bu eyni zamanda ölkənin multikulturalizm iqliminidə artıracaqdır. Məsələn, bizdə avropalılar xristiandır deyə düşünüb, neqativ fikirlərə sahib olan insanlar var. Amma gedib görəcəklər ki, avropalılar çox gülərüz, qonaqpərvər insanlardır. Təbii ki, bunun yalnız müsbət tərəfləri vardır".

Politoloq Avropa ölkələri bundan çoxmu bəhrələnər sualına belə cavab verib: "Əslində, Azərbaycanın əhalisi çox deyil, buna görə müəyyən qədər bəhrələnə bilərlər, amma iqtisadiyyatlarına bunun çox gətirisi olmayacaq”.

"Şərq Tərəfdaşlığı” Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platformasınını koordinatoru Rəsul Cəfərov Toplum Tv-yə bu prosesi ancaq alqışlaya biləcəyini bildirib: "Viza sadələşdirilməsi çox vacibdir və avrointeqrasiya prossesində atılmalı olan addımlardan biridir. Vətəndaş cəmiyyəti artıq neçə illərdir həm Azərbaycan tərəfə, həm də Avropa Birliyi tərəfə cağırışlar edir ki, viza sadələşdirilməsi həyata keçirilsin. Hətta mən xatırlayıram ki, biz 2012-ci ildə, yəni 7 ildən bundan əvvəl Azərbaycanda avroviziya yarışması keçiriləndə Vətəndaş cəmiyyəti tərəfindən kampaniya keçirilirdi və kampaniyanın əsas çağırışlarından biri məhz viza prosedurlarının sadələşdirilməsi məsələsi idi. Biz indiyə qədər müşahidə etmişik ki, yarışlar öncəsi bu prosedur Azərbaycan tərəfindən sadələşdirilir".

Rəsul Cəfərov bildirib ki, qarşılıqlı inteqrasiyanı gücləndirmək üçün viza rejimi tamamilə aradan götürülməlidir: "Viza tələbi ümumiyyətlə aradan götürülməlidir. Azərbaycan vətəndaşları Avropa Birliyinə rahat gedib-gəlsin, aydındır ki, orda müəyyən bir müddət 30 ya da 60 gün qədər qala biləcəklər. Amma bunun başqa variantları da var, məsələn, Belarusda belə, nisbətən, sadələşdirilmiş  prosedurlar həyata keçirilir. Hansı ki Azərbaycanla bərabər Şərq tərəfdaşlığına daxil olan 6 ölkədən biridir. Belarus vətəndaşları aeroportlar vasitəsi ilə Avropaya getdikdə, onlara 15 gün müddətində vizasız giriş imkanı yaradırlar. Və eyni proseduru Avropa ölkələri də Belarusa təklif etməyə hazırlaşırlar. Qısacası vizaların tam aradan qaldırılmasının və ya sadələşdirilməsinin tərəfdarıyam və çağırışımız da o istiqamətdədir ki, bu tez baş tutsun”.

Aİ-nin Şərq Tərəfdaşlığı Proqramına daxil olan ölkələr arasında isə (Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Belarus, Moldova) Azərbaycan Aİ vətəndaşlarına viza tətbiq edən yeganə ölkədir.

Uğur Fərzəli
Toplum Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo