Siyasət

Polşada aclıq edən Bərdə sakini Qırmızı Xaç Cəmiyyəti ilə görüş istəyir

9 İyul, 2019
472
Vüsal Şəfiquliyevin Azərbaycanda şərlənərək həbs olunduğu bildirilir

Almaniyadan deportasiya olunduğu üçün Polşaya sığınan azərbaycanlı Vüsal Fazil oğlu Şəfiquliyevin aclıq aksiyasına başladığı bildirilir.

Bu barədə Meydan TV-yə onun yaxınları məlumat veriblər.

Bildirilir ki, əslən Bərdə rayonunun Türkmən kənd sakini olan 40 yaşlı Vüsal Şəfiquliyev Polşaya çatan kimi həbs edilib. Buna səbəb kimi 5 ay Almaniyada qanunsuz yaşaması göstərilib:

"5 gün bundan öncə gecə saat 3-də Almaniyanın Euskirchen şəhərindən kampdan gəlib deport ediblər Polşaya. Polşaya gedən kimi bunu tutub salıblar həbsə, deyiblər ki, guya o, Almaniyada 5 ay qanunsuz qalıb. Birinci gün çox pis şəraitdə saxlanılıb, sonra başqa bir yerə salıblar. Onun isə ayaqları yaradır və ağrı verir. Həkimə aparıblar, həkim dərman yazıb və deyib ki, bura özəl müəssisədir, pulun varsa, müalicə edim. İndi vəziyyəti heç də ürəkaçan deyil”.

Yaxınının sözlərinə görə, Vüsal Şəfiquliyev Azərbaycanda şərlənərək həbs edilib. İddiaya görə, o, yaşadığı evin həyətində çətənə kolları əkib.

"Hal şahidi yox, sübut yox, yenə də icbari həbs cəzası kəsdilər. O da Polşa vizasıyla Budapeştə, oradan da Almaniyaya getdi. Almaniyada dedilər ki, Azərbaycanda həbs olunmağına dair sənədləri tərcümə etdir, Avropa Məhkəməsinə şikayət edək, deyək ki, qanunsuz tutulub və Azərbaycana getsə, onun haqda cinayət işi yenidən açılacaq. O sənədləri tərcümə etmək üçün bizdən tanışlıqla 500 avro istədilər, bizdə də pul olmadığına görə tərcümə etdirə bilmədik. İndi də Polşada həbsdədir, aclıq aksiyası keçirir, 5 gündür çörək yemir, vəziyyəti pisdir”.

Vüsal Şəfiquliyevin tələbi Qırmızı Xaç Cəmiyyətinin üzvləri ilə görüşməkdir.

Meydan TV Bərdə Rayon Məhkəməsinin və Gəncə Apelyasiya Məhkəməsinin qərarlarını əldə edib. Məhkəmə qərarlarından bəlli olur ki, o, 1 il müddətinə azadlıqdan məhrum edilib, cəzasının 5 ay 1 gününü ev dustaqlığında çəkib, sonrakı müddət isə apelyasiya şikayəti əsasında 2 ay 29 günə endirilib. Cəzası başa çatdıqdan sonra isə Vüsal Şəfiquliyev ölkəni tərk edib.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo