16:41, 30 Sentyabr 2019 (Bazar ertəsi) 425

Prezident Ağsuya yeni icra başçısı təyin edib - Yenilənib

Prezident Ağsuya yeni icra başçısı təyin edib - Yenilənib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağsu Rayon İcra Hakimiyyətinə başçı təyin edilməsi haqqında sərəncam imzalayıb. 

Bu barədə prezidentin rəsmi saytından məlumat verilib.

Məlumatda deyilir ki, sərəncama əsasən, Vahid Heydər oğlu Tağıyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 
 
Ənvər Seyidəliyev 2007-ci ildən Ağsu Rayon İcra Hakimiyyətinin başçısı idi.

Vahid Tağıyev haqqında internetdə yeganə məlumat isə onun keçmiş MTN zabiti olmasıdır. Belə ki, 27 mart 2006-cı ildə prezident İlham Əliyevin sərəncamı ilə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin təltif olunan bir qrup əməkdaşı arasında onun da adı var.

Həmin zaman polkovnik rütbəsində olan Tağıyev Vahid Heydər oğlu "Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.