11:36, 19 İyun 2019 (Çərşənbə) 52

Prezident Mərkəzi Seçki Komissiyası üzvlərinin maaşlarını artırıb - Sərəncam

Prezident Mərkəzi Seçki Komissiyası üzvlərinin maaşlarını artırıb - Sərəncam
Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında” sərəncamında dəyişiklik barədə sərəncam imzalayıb.

Bu bərədə prezidentin rəsmi saytından məlumat verilib.


Məlumata görə Mərkəzi Seçki Komisisyasının (MSK) sədrinin, müavininin, MSK katiblərinin, üzvlərinin maaşı 50 faiz artıb.

MSK sədri Məzahir Pənahovun maaşı (2 040) 1 020 manat artırılaraq 3 060, müavininin maaşı (1 895) 950 manat artırılaraq 2 845, MSK katibləri Arifə Muxtarovanın, Mikayıl Rəhimovun maaşı (1 405) 705 manat artırılaraq 2 110, üzvlərin - Fuad Cavadovun, Şaitdin Əliyevin, Ramiz İbrahimovun, Validə Kazımovanın, Hüseyn Paşayevin İlham Məmmədovun, Nizami Nadirxanlının, Qabil Orucovun, Bəxşeyiş Əsgərovun, Tofiq Həsənovun, Almas Qəhrəmanlının, Etibar Quliyevin, İlkin Şahbazovun maaşı (1 280) 640 manat artırılaraq 1 920 manata çatdırılıb.

Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.