18:16, 10 İyun 2019 (Bazar ertəsi) 87

Prezident nazirliyə 18 milyon manat ayırdı

Prezident nazirliyə 18 milyon manat ayırdı
Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb. 

"Prezident.az" saytında sərəncamla bağlı xəbər verilib.

Respublika ərazisində modul tipli məktəblərin quraşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.16.2-ci yarımbəndində göstərilmiş 18 milyon manat vəsait Təhsil Nazirliyinə ayrılıb.